QR CodeQR Code

Hindistan müsəlmanları Netanyahunun səfərinə etiraz edir

Maide , 15 Jan 2018 09:46

İslamtimes - “Netanyahu geri dön”...


İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu ötən gün 130 nəfərlik heyətlə Hindistana 5 günlük səfər edib.

Maide.Az "İribnews"-a istinadən xəbər verir ki, Hindistan müsəlmanları Netanyahunun gəlişinə görə artıq bir neçə gündür ki, etiraz aksiyası keçirir.

Belə aksiyalardan biri də ötən gün Hindistanın şimalında Kargil şəhərində minlərlə insanın iştirakı ilə baş tutub.

Mənfi 20 dərəcə şaxta olmasına baxmayaraq müsəlman etirazçılar izdihamlı yürüş keçirərək işğalçı rejimin baş nazirinin Hindistana səfərini pisləyib. Onlar “Netanyahu geri dön”, “Netanyahuya ölüm”, “İsrailə ölüm”, “Amerikaya ölüm”, “Netanyahu Qandi ölkəsindən geri dön” şüarları səsləndirib.

Etirazçılar əllərində İmam Xomeyni (rə) və Ayətullah Xameneinin fotolarını və Fələstin bayrağını daşıyıb. Onlar Fələstin xalqının yanında olduqlarını elan edib.

Etirazçılar həmçinin Netanyahunun kuklasını yandırıb.


Story Code: 697390

News Link :
https://www.islamtimes.org/az/news/697390/hindistan-müsəlmanları-netanyahunun-səfərinə-etiraz-edir

Islam Times
  https://www.islamtimes.org