QR CodeQR Code

İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzzanı bombaladı

Deyerler , 26 Mar 2018 17:27

İslamtimes - İsrail rejiminin döyüş təyyarələrinin HƏMAS-ın hərbi qanadı olan İzzəddinƏl-Qəssam briqadasına aid hərbi bir mövqeyi bombaladığı bildirilib.


Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, əldə olunan məlumata görə, İsrail rejiminə aid döyüş təyyarələri Qəzzanın cənubunda HƏMAS-a məxsus hərbi mövqeyi bombalayıb.

Səhiyyə mənbələri də hücumlarda hər hansı bir tələfatın qeydə alınmadığını bildirib.

İsrail rejiminin ordusu ötən gün verdiyi açıqlamasında, İsrail rejiminin Qəzzanın cənubundakı tunelləri tapmaq üçün istifadə etdiyi hərbi avadanlıqlara zərər vermək üçün sərhədi keçən 4 fələstinlinin təqib olunduğu bildirmişdi. Açıqlamada İsrail rejiminin əsgərlərinin yaxınlaşmasından sonra fələstinlilərin geri çəkildiyi qeyd olunmuşdu.


Story Code: 714028

News Link :
https://www.islamtimes.org/az/news/714028/israil-rejiminə-məxsus-döyüş-təyyarələri-qəzzanı-bombaladı

Islam Times
  https://www.islamtimes.org