QR CodeQR Code

Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var

Nur-az.com , 15 Apr 2018 12:19

İslamtimes - Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.


Report xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərçi həlak olub.

Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.


Story Code: 718071

News Link :
https://www.islamtimes.org/az/news/718071/misirdə-hərbçilərə-hücum-edilib-ölənlər-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org