QR CodeQR Code

Tramp: “Səmərəli keçməsə, Kimlə olan görüşü tərk edəcəm”

Deyerler , 19 Apr 2018 18:25

İslamtimes - ABŞ-ın prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Conq In ilə planlaşdırılan görüşünün səmərəli olmyacağı təqdirdə, görüşü tərk etməkdən çəkinməyəcəyini deyib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra verdiyi birgə açıqlamada, Şimali Koreya liderilə planlaşdırılan görüşünün uğurlu keçəcəyinə ümid etdiyini bildirib: “Uğurlu olacağını düşünməsək, bunu etmərik. Olduğum bir görüş səmərəli keçməsə, ehtiramlı bir formada o görüşü tərk edəcəm”.

Trampın bu açıqlamasını MKİ direktoru Mayk Pompeonun Şimali Koreya lideri Kim Conq ilə görüşməsinin ortaya çıxmasından bir gün sonra verib. Pompeonun səfərinin ABŞ və Şimali Koreya liderləri arasında iyun ayında edilməsi planlaşdırılan görüşlə bağlı danışıqlar üçün olduğu qeyd olunub.


Story Code: 719092

News Link :
https://www.islamtimes.org/az/news/719092/tramp-səmərəli-keçməsə-kimlə-olan-görüşü-tərk-edəcəm

Islam Times
  https://www.islamtimes.org