QR CodeQR Code

Yəməndən Səudiyyə rejimi və müttəfiqlərinə xəbərdarlıq: “Hazır olun, vuracağıq!”

Deyerler , 26 Apr 2018 16:05

Islamtimes - Yəmənin Silahlı Qüvvələrinin Komandanlığının Ali Siyasi Şurasının sədri Saleh Əs-Samadın şəhid edilməsi səbəbilə Səudiyyə rejiminin rəhbərliyini dərhal dövlət və mühüm mərkəzləri və nazirlikləri boşaltmaları barədə xəbərdarlıq edib.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələri Komandanlığı aprelin 26-sı bəyanat verərək, Səudiyyə rejiminin nəzarəti altında olan torpaqlardakı xarici firmalardan dərhal bu ölkəni tərk etmələrini istəyib.

Bəyanatda belə qeyd olunub: “Yəmən Silahlı Qüvvələrinin raketləri Səudiyyə Ərəbistanının bütün ərazisini və digər təcavüzkar ölkələrin paytaxtlarını hədəfə alacaq. Yaxın müddətdə Səudiyyə Ərəbistanının mühüm mərkəzləri alovlanacaq. Bunun məsuliyyət isə Yəmənin xəbərdarlıqlarına ciddi yanaşmayanlara aid oalacaq”.

Bu arada, Şəhidlərin Dəfn Mərasimi Komitəsi bəyanat verərək, Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmadın cənazəsinin aprelin 28-i paytaxt Sənada keçiriləcək xüsusi mərasimlə dəfn ediləcəyini bildirib. Bəyanatda şəhid Saleh Əs-Samadın dəfn mərasiminin təntənəli şəkildə keçiriləcəyi bildirilib.


Story Code: 720689

News Link :
https://www.islamtimes.org/az/news/720689/yəməndən-səudiyyə-rejimi-və-müttəfiqlərinə-xəbərdarlıq-hazır-olun-vuracağıq

Islam Times
  https://www.islamtimes.org