QR CodeQR Code

Yəmənin Ali Siyasi Şurasının sədri: “Yəmən Fələstin müqavimətini dəstəkləməyə hazırdır”

Deyerler , 19 May 2018 15:37

İslamtimes - Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşat Yəmənin Fələstin mövzusundakı qətiyyətinin bu ölkənin hədəfə alınmasının səbəblərindən biri olduğunu bildirib.


Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Mehdi Əl-Məşat Ramazan ayı münasibətilə etdiyi çıxışında, müqavimət cəbhəsinin dəstəklənməsi və sionist İsrail rejiminə qarşı meydanlarda müqavimətin davam etməsinə təkid edərək, belə danışıb: “Ümmət böyük bir çıxılmaz vəziyyətlə üz-üzədir və hər kəs İsrail rejimi və Amerikanın işğalçılıq siyasətlərinin mahiyyətini anlamalıdır”.
 
Əl-Məşat daha sonra sözlərini belə davam etdirib: “Bizə qarşı bəzi asılı ərəb rejimlərinin, xüsusilə Yəmənə müdaxilə edən koalisiyada olan rejimlərin təxribatlarına şahid olduq. Yəmən xalqı Səudiyyə rejiminin müdaxilələrinə baxmayaraq, Fələstin xalqını və müqaviməti dəstəkləməyə hazırdır”.
 
 
Yəmənin Ali Siyasi Şurasının sədri ərəb xalqlarına və İslam ümmətinə də səslənib: “Düşmənin Fələstində və Qüdsdəki hiylələrini dəf etmək üçün mümkün olan bütün yolları ciddi və səmərəli bir şəkildə sınamaq lazımdır”.
 


Story Code: 725804

News Link :
https://www.islamtimes.org/az/news/725804/yəmənin-ali-siyasi-şurasının-sədri-yəmən-fələstin-müqavimətini-dəstəkləməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org