QR CodeQR Code

Suriyalı kürdlər Əsədin dialoq təklifini qəbul etdi

Deyerler , 11 Jun 2018 16:47

İslamtimes - Suriyada ərəb və kürd qüvvələrinin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) siyasi qanadı kimi tanınan Demokratik Suriya Məclisi (DSM), Bəşər Əsəd rəhbərliyinin dialoq təklifini qəbul etdiyini bildirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Suriyanın prezidenti Bəşər Əsəd mayın 31-də verdiyi bəyanatında, ölkənin şimalına nəzarət edən kürd qüvvələrini dialoqa səsləyərək, belə demişdi: “Əgər danışıqlar nəticə verməsə, bu bölgələri güc istifadə edərək azad edəcəyik”.
 
DSM tərəfindən verilən açıqlamada belə qeyd olunub: “Suriyada tərəflər artıq hərbi bir üsulun və vasitəçi güclərin əli ilə aparılan sövdələşmələrin həll yolu olmayacağını bilir”.
 
BBC-in verdiyi xəbərə görə, DSM-in açıqlamasında yeni bir konstitusiya çağırışı da səslənib: “Suriya hökumətinin dialoq qapılarını açdığını görəndə, biz tərəddüdsüz bu mövqeyi qəbul etdik. Yeni bir imkanın yaranması, Suriyada axan qanın dayandırılması, sabitlik mühitinin təmin edilməsi və yenidən inşa işlərinin başlanması üçün Suriya hökumətinin Suriyada tərəflər arasında reallaşması nəzərdə tutulan danışıqlar haqqındakı açıqlamalarını müsbət qiymətləndirdik.
 
Xalqın bütün nümayəndələrinin birləşməsi, tək tərəfli və qətliam siyasətinə son qoyulması üçün razılaşma yoluna daxil olunmasına ümid edirik. Demokratik bir Suriya və bütün təbəqələrin bərabər şəkildə təmsil olunduğu bir konstitusiyanın formalaşması üçün bütün tərəflərin birləşməsi baş vermədən Suriyada həllin mümkün olmayacağını bildirmək istərdik”.
 


Story Code: 731017

News Link :
https://www.islamtimes.org/az/news/731017/suriyalı-kürdlər-əsədin-dialoq-təklifini-qəbul-etdi

Islam Times
  https://www.islamtimes.org