QR CodeQR Code

Suriya: Dəranın şərqində əməliyyat başladı

Islamtimes , 23 Jun 2018 16:48

Islamtimes - Ordunun mühasirəyə aldığı qəsəbələrdə terrorçular təslim olub.


Suriya mənbələri xəbər verir ki, ordu Dəranın şərqində 3 nöqtədən əməliyyata başlayıb. Terrorçuların müdafiə xəttini yarmaq üçün öncə artilleriya işə salınıb. Bəsrul-Hərir, Əlməlihətul-Şərqiyyə, Əlməlihətul-Qərbiyyə qəsəblərində terrorçuların mövqelərinə hava zərbələri endirilib. Ordunun mühasirəyə aldığı qəsəbələrdə terrorçular təslim olub. Suriya ordusu Dəraya yüzdən artıq tank və top gətirib. Ceyş Əl-Əhrar Əl-Əşair terror birləşməsinin komandiri Rakan Əlxuzeyr Suriya ordusunun öç  nöqtədən hücuma keçdiyini təsdiqləyib. Suriya dövlət televiziyası ötən gün elan edib ki, Əllicah məntəqəsindəki Ən-Nüsrə qüvvələrinə kömək yolları bağlanıb. Eyni zamanda İordaniya sərhədindən terrorçulara böyük miqdarda silah çatdırıldığı deyilir. Terror birləşmələrinin komandirlərindən olan Əyyad Bərəkat 8 km-i vuran Tav raketləri aldıqlarını bildirib.  

 


Story Code: 733090

News Link :
https://www.islamtimes.org/az/news/733090/suriya-dəranın-şərqində-əməliyyat-başladı

Islam Times
  https://www.islamtimes.org