QR CodeQR Code

İraq Suriya ilə sərhəddə divar tikir

Islamazeri , 3 Jul 2018 15:21

İslamtimes - İraq terrorla mübarizə məqsədi ilə Suriya ilə sərhəddə divar tikir.


İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, İraq Suriya ilə sərhəd boyu “təhlükəsizlik divarının” inşasına başlayıb. Bildirilir ki, bu addım İŞİD terrorçularının Suriyadan İraq ərazisinə keçməsinin qarşısının alınması üçün atılır.
İraqın sərhəd qoşunlarının rəsmisi Ənvər Həmid Nayef bildirib ki, həmin divar müşahidə qüllələri, termal ötürücülər və sərhəd bölgəsində hərəkəti izləyəcək digər cihazlar ilə təchiz ediləcək.
Hasarın uzunluğu 20 km olacaq. O, əl-Qaim şəhərindən şimala doğru uzanacaq.
Qeyd edək ki, İraq-Suriya sərhədinin ümumi uzunluğu təxminən 600 km-dir.
 


Story Code: 735422

News Link :
https://www.islamtimes.org/az/news/735422/iraq-suriya-ilə-sərhəddə-divar-tikir

Islam Times
  https://www.islamtimes.org