0
Monday 3 December 2012 - 21:25

Müsəlman Qardaşlarının bir qolu olan HƏMAS-da üç istiqamət

Story Code : 217616
Müsəlman Qardaşlarının bir qolu olan HƏMAS-da üç istiqamət
Fələstinin azadlığı uğrunda ön sırada mübarizə aparan HƏMAS Müsəlman Qardaşları təşkilatının bir qoludur. HƏMAS-ın özündə üç istiqamət müşahidə olunur. Həmin üç istiqamətin müqavimət və sazişə fərqli münasibəti var.

Misir və Tunisdə hakimiyyətə gəlmiş Müsəlman Qardaşları təşkilatının son neçə aydakı rəftarı müəyyən suallar yaradır. Xüsusi ilə xarici siyasətdə müqavimət və saziş mövzusuna yanaşmalar düşündürücüdür və ötən 8 günlük müharibədə fərqlər özünü daha çox göstərdi.

Misir və başqa ölkələrdə, eyni zamanda HƏMAS daxilində Müsəlman Qardaşlarının fərqli istiqamətləri var. Birinci istiqamətdə hərəkət edən qrup Fələstinin azadlığı uğrunda mübarizə aparır və xariclə bağlı sülh layihələrinə ciddi yanaşmır. Bu qrupu əsasən siyasi proseslərə bulaşmamış gənclər təşkil edir. İkinci qrupa sərt koloritli sələfilər daxildir. Onlar çox asanlıqla tayfa münaqişələrinə qatılır və özlərini sünnə əhli sayırlar. HƏMAS və Müsəlman Qardaşlarında Qərbin oyuncağı olan belələri kifayət qədərdir. Sələfilər ABŞ-ın siyasətlərinə uyğun olaraq digər məzhəblərə qarşı ifratçı mövqedə dayanır. Bu qrup siyasi baxımdan yetkin deyil, çox asanlıqla alətə çevrilir.

HƏMAS və Müsəlman Qardaşlarındakı üçüncü qrup siyasətdə praqmatisdir. Onlar siyasi dibident qazanmaq üçün başqa cərəyanlarla sazişə gedirlər. Onlar Qətərlə, Avropa və Amerika ilə həmkarlıq edirlər. Bu səbəblərdən Müsəlman Qardaşları hərəkatında ziddiyyətlər qabarır.

Deyilənlərə sübut olaraq HƏMAS-ın xarici siyasət üzrə məsulu Əsamə Həmdanın Amerikaya müraciətini göstərmək olar. Bu şəxs İsrailin 67-ci il sərhədlərinə qayıdışını Ağ Evdən umur. Belə görünür ki, adı çəkilən qanad İsraili rəsmi olaraq tanıyır. Özünü praqmatist sayan bu adamların bir oyunla İsraillə müzakirələrə getməsi mümkündür.
Comment