0
Friday 24 October 2014 - 16:49

Səudiyyə Ərəbistanında husilərdən danışmaq qadağan olundu

Story Code : 416228
Səudiyyə Ərəbistanında husilərdən danışmaq qadağan olundu
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanından olan və İxvan əl-Muslimin hərəkatına meyilli olduğu bilinən məşhur vəhhabi müfti Aiz Qərəni son illərdə Ali-Səud hökumətinin bəzi addımlarını tənqid etmişdir. O, son çıxışında bildirmişdir: Son günlər ərzində Səudiyyənin təhlükəsizlik orqanı mənə və bir neçə din təbliğatçısı olan şəxsə heç bir vəchlə husilərin Yəmənin müxtəlif məntəqələrində irəliləməsi barədə heç bir söz deməməyimizi və mediaya bu barədə fikir bildirməməyimizi tapşırıb.
Onlar bizə tapşırıblar ki, nə mənfi, nə müsbət, nə xəbərdarlıq, bu barədə heç bir şey deməyək. Həqiqətdə onlar Yəmən hadisələri barədə tam sükut istəyirlər. Biz bu məsələnin dəqiq səbəbini bilmirik.
Qeyd etmək lazımdır ki, Husi hərəkatı son iki ayda Yəmənin müxtəlif məntəqələrini nəzarətə götürmüşdür. Bir neçə gün öncə də, Ərəbistanla sərhəddə yerləşən Yəmənin şimal-qərbində olan Ləhəc əyalətindəki məntəqəyə nəzarəti ələ keçirib.
Bu məntəqə Səudiyyə Ərəbistanı üçün olduqca həssas məntəqə sayılır. Çünki bura, Husi hərəkatı üçün qüdrətli qərərgaha çevrilə bilər. Onlar buradan Ali-Səud rejimini daima təhdid edə bilərlər.
Comment