0
Monday 17 March 2014 - 12:32

Sionist rejim daxildən parçalanır

Story Code : 362228
Sionist rejim daxildən parçalanır
Ölkədə əhalinin narazılığı artır, ictimai-siyasi durum gərginləşir. Belə bir fikir yaranır ki, işğalçı rejim xarici siyasətə məşğul ikən daxildən parçalanma təhlükəsi ilə üzləşib. Ötən həftə NewYorkTimes ortodoks yəhudilərin aksiyalarından yazdı. Yerusəlimin əsas prospektində 300 min radikal yəhudi etiraz aksiyası keçirdi. Aksiyaçılar hərbi xidmətlə bağlı yeni qanuna etiraz edirdi. Yeni qanuna əsasən, dindar yəhudilər də hərbi xidmətə getməlidir. BBC xəbər verir ki, aksiyalarda əsasən 3 yəhudi qrupu iştirak edir. Bu qruplar birləşərək qanun layihəsinə etirazlarını bildiriblər. Sefaradi (şərqli) yəhudilər, Aşkenazi (qərbli) yəhudilər və Litva yəhudiləri Hardim cərəyanının əsas gücünü təşkil edir. Hasidim cərəyanında da radikal yəhudilər birləşib. Aksiyada qara kostyum və papaqlı yəhudilər “Sonda Tövrat qalibdir”, “Məni qardaşlarımın əlindən qurtarın" kimi şüarlar səsləndirib.
Ötən həftə yeni dövlət layihəsində bildirilib ki, dindar tələbələr də başqa yəhudilər kimi hərbi xidmətə getməlidir. Bu qanuna tabe olmayanların həbsi nəzərdə tutulur. Etirazçılar layihəni dindar yəhudi camiəsinə qarşı təxribat kimi qiymətləndirib. Onların nəzərincə bu layihə sekulyar yəhudilərin təşəbbüsüdür. Ortodoks yəhudilər hərbi xidməti dini təhsil yolunda maneə sayırlar. Onların nəzərincə yəhudi din xadimləri tarix boyu bu dinin keşiyində dayanıb. Etirazçılar hərbi xidmətin dindar tələbələrin əqidəsinə zərbə vuracağını düşünür. Yəhudi din xadimləri dini xidməti hərbi xidmətdən zəruri sayır. Düşünürlər ki, dindar tələbələr orduya getsə dini postlarda sekulyarlar yer tutacaq. Aksiyaçılar düşünür ki, ölkənin təhlükəsizliyini qorumaq ordunun, yəhudi dinini qorumaq ruhanilərin vəzifəsidir.

Qeyd edək ki, İsraildə 18 yaşa çatmış bütün kişi və qadınların orduda xidməti məcburidir. Kişilər 3 qadınlar 2 il xidmət edir. Hərbi xidmət başa çatdıqdan sonra kişilər ildə 45 gün, qadınlar 24 yaşınadək ailə qurmadığı halda bir müddət hərbi hazırlıq keçməlidir. Amma 1948-ci ildə sionist rejim yaranandan yəhudi dini cəmiyyəti (Hardim) orduda xidmət etməyib.

Hardimə 800 min yəhudi daxildir. Bu isə İsrail əhalisinin 10%-i deməkdir. Bu zümrə doğum sayı çox olduğundan sürətlə artır. Digər tərəfdən onlar işləməyə məcbur deyil. Dövlət dindar yəhudilərin təhsil və dolanışıq xərclərini ödəyir. Bu isə vergi ödəyicilərinin yükünü ağırlaşdırır. İşğal olunmuş Fələstin ərazisində məskunlaşan yəhudilər özlərinə münasibətdə ictimai ədalətsizlikdən narazıdır. Dindar yəhudilərə verilən imtiyaz onların narazılığını daha da artırır.

Hələ 2010-cu ildə ruhani tələbələrin orduda xidməti gündəmə gəlmişdi. İsrail ali məhkəməsi dindarlara verilən bu imtiyazı mötəbər saymırdı. Bununla belə dövlətdə dayağı olan hardimçilər hələ ki, orduda xidmət etmir.

İctimai ədalətin bərpası üçün mövzu yenidən gündəmə gəlib. BBC yazır ki, Netanyahu kabineti ortodoks yəhudilərlə yaxın münasibətdə olmadığından layihənin təsdiqi gözlənilir. Qanun təsdiqlənərsə 3 il sonra qüvvəyə minəcək. İsrail cəmiyyətində ayrı seçkiliklərlə bağlı narazılıq çoxdur. Safaridi adlanan Asiya mənşəli yəhudilər, Falaşe adlanan Afrika mənşəli yəhudilər daha çox ayrıseçkiliyə məruz qalır. Avropadan gələn yəhudilər (Aşkenazi) özünü başqalarından üstün sayır. Bütün bu ayrıseçkiliklər yəhudi cəmiyyətini parçalayır. Əsas parçalanma isə dindar zümrə ilə sekulyarlar arasında parçalanmadır. Sionist rejim ərəb təhlükəsini gündəmdə saxlamaqla ölkə daxilində sakitlik yaratmağa çalışır. Bu siyasət sayəsində sığınacaq axtaran yəhudilər uzun illərdir ayrıseçkiliyə dözür. Amma cəmiyyəti uzun müddət aldatmaq olmaz. Sionist rejimin bumeranqı özünə doğru qayıtmaqdadır. İşğal olunmuş Fələstin torpaqlarında yaşayan bütün yəhudi qrupları ictimai-siyasi ədalətsizlikdən narazılıq edir. Bu narazılıqlar sionist rejimi daxili problemlərin həlli ilə məşğul olmağa vadar edir. İsraildəki daxili gərginlik istənilən bir halda güclənməkdədir. Gərginlik daha çox işğal olunmuş torpaqlarda özünü göstərir.
Comment