0
Monday 4 August 2014 - 01:18

Qəzzanın dirənişi Netanyahunu dərdə salıb

Story Code : 402845
Qəzzanın dirənişi Netanyahunu dərdə salıb
Qəzzanın dirənişi Netanyahunu dərdə salıb
Bazar günü Həmasın sözçüsü Fovzi Barhum deyib ki, Netanyahu İsrailin Qəzza üzərində apardığı müharibə səbəbindən çətinliyə düşüb. O həmçinin hərəkatın Tel Əviv rejiminə qarşı müharibəni davam etdirəcəyinə söz verib.

O əlavə edərək deyib ki, hərəkat öz hədəflərinə nail olana qədər müqaviməti davam etdirəcək.

Həmasın digər sözçüsü Sami Əbu Zuhri həmçinin deyib ki, Netanyahunun yenicə etdiyi çıxışdan məqsəd İsrail ictimaiyyətini baş verən hadisələr haqqında aldatmaqdır.

Bu açıqlama Netanyahunun Tel Əvivin mühasirə şəraitində olan əraziyə qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirməsindən sonra gəldi.

Netanyahu Həması xəbərdar edərək bildirib ki, hərəkat İsrailə raket atmağa davam etdiyi müddətcə ağır nəticələr ilə üzləşəcək.

İsrail baş naziri həmçinin qeyd edərək bildirib ki, Fələstin tunelləri məhv edildikdən sonra İsrail ordusu öz ehtiyaclarına uyğun hərbi əməliyyatları davam etdirəcək.
Source : Islamtimes
Comment