0
Sunday 14 July 2013 - 16:37

Ağ Evin Avropadakı böhranla bağlı nigarançılığı

Story Code : 283029
Ağ Evin Avropadakı böhranla bağlı nigarançılığı
ABŞ dövləti daxili iqtisadiyyat və bır sıra problemlərlə üzləşən bank və kredit sisteminin yenidən qurulması ilə məşğul olduğundan Avropadakı maliyyə böhranı ilə maraqlanmaq gücündə deyil. Bu gün ABŞ iqtisadiyyatının Avropa maliyyə böhranından təsirləndiyi inkarolunmaz bir həqiqətdir. Hazırda Obama avro böhranını özünün bir addımlığında hiss edir. Bəzi müəssisələr ABŞ-ın ağır günlər yaşayan iqtisadiyyatının inkişafa doğru irəlilədiyini iddia etsə də faktiki olaraq əhalinin gündəlik həyatında uyğun inkişafın təsirləri müşahidə edilmir. Uyğun şəraitdə Avropada böhranın şiddətlənməsi Ağ Ev və Obama üçün durumu daha da ağırlaşdıracaq. 2013-cü ilin əvvəlindən avro böhranının daha da şiddətləndiyinin şahidiyik. Zaman ötdükcə nəinki Avropada işsizlik böhranı aradan qalxmır, hətta daha da geniş əraziləri ağuşuna alır. Bu gün Bolqarıstan, Portuqaliya və İtaliyada baş verənlər uyğun iddiaya bir sübutdur. Böhranın genişlənməsi Obama və digər Ağ Ev rəsmilərinin narahatçılığını daha da artırır.
 
Birləşmiş Ştatlar və Avropa arasında iqtisadi münasibətlərin bir-birindən təsirlənməsi səbəb olub ki, Avropadakı böhran ABŞ bazarlarına da ciddi zərbə vursun.
 
Uyğun şəraitdə Çin kimi dövlətlərə Qərb bazarında daha geniş manevr imkanı yaranıb. Təbii ki, mövcud durum heç də Obama və Ağ Evin ürəyincə deyil. Amma ABŞ prezidenti Avropa Birliyi başçılarını baş verənlərə görə daha artıq günahlandıra bilmir. Buş və Obama dövlətlərinin də ABŞ daxilində iqtisadi böhran yaranmasında və bu böhranın Avropa ölkələrinə sirayət etməsində böyük rolu var. Buş dövləti və Amerika Mərkəzi Bankı ABŞ-dakı böhranın yaranmasında əsas səbəbkar olsa da, Obamanın Ağ Evə rəhbərliyi müddətində bu böhran davam edib. 
 
Avro böhranından nigaran olan ABŞ prezidenti acizanə şəkildə Avropa başçılarından uyğun böhranın həlli zəminində səy göstərmələrini istəyib. Öncə də qeyd etdiyimiz kimi, Avropadakı böhranın ABŞ-ın daxili və xarici bazarına birbaşa təsiri səbəbindən Barak Obama uyğun böhranın istənilən yolla həllinə çalışır. Amma G20 və Böyük Səkkizlik ölkələrinin iclasından sonra məlum oldu ki, bu böhran həll olunası deyil.
 
Təqribən 3 həftə öncə Edvard Snouden ABŞ-ın casusluq əməliyyatlarının üstündən pərdə götürməzdən və Vaşinqtonla və Avropa arasında münasibətlər korlanmazdan öncə ABŞ prezidenti Avropada işsizliyin artması ilə bağlı bu ölkələrə xəbərdarlıq etmişdi. O gənclərin üzləşdiyi işsizlik probleminin həlli zəminində lazımlı proqramların həyata keçirilməsini istədi. Obama Avropadakı bu acınacaqlı durumla bağlı nigarançılıqlarını gizləyə bilmədi. Angela Merkellə müştərək mətbuat konfransında iştirak edən Obama iddia etdi ki, Avropa Birliyinə daxil olan 17 ölkənin borcunun ödənməsi zəminində avro zonasının siyasətlərinə inanır. Bununla belə Obama bildirdi ki, siyasətçilər əsil hədəf olan xalqın yayşayış səviyyəsinin yaxşılaşdırılmasına nəzarəti unutmamalıdırlar.

ABŞ və Avropa bazarlarının bir-birindən təsirləndiyini nəzərə alaraq deyə bilərik ki, cari ildə hər iki məntəqədə iqtisadi böhranın şiddətlənəcəyinin şahidi olacağıq. Baxmayaraq ki, Obama administrasiyası avronun sabitləşdirilməsinə və Avropa bazarlarının dirçəlməsinə ehtiyac duyur, amma bu sabitliyi bərqərar etmək hazırkı ABŞ hakimiyyətinin imkanları dairəsində deyil. Obamanın avro böhranına yetərincə diqqət ayırmasına mane olan əsas amil ABŞ daxilindəki maliyyə böhranının şiddətlənməsidir.
Comment