0
Wednesday 30 July 2014 - 11:00

İsrail rejimi HƏMAS-la atəşkəsin imzalanması üçün ABŞ-dan yardım istədi

Story Code : 402172
İsrail rejimi HƏMAS-la atəşkəsin imzalanması üçün ABŞ-dan yardım istədi
"Biz ötən gün İsraillin baş naziri ilə atəşkəsin imzalanmasına dair müzakirələr aparırdıq. Netanyahu HƏMAS-la atəşkəsin imzalanması üçün bizdən yardım istəyib", - deyə Kerri bildirib.
Kerrinin sözlərinə görə, Netanyahu atəşkəsi imzalamaqla İsrail rejimini qorumaq istəyib.
Xatırladaq ki, İsrail rejimi iyul ayının 2-dən etibarən Qəzzada "Uçuruma qarşı" adlanan hərbi əməliyyat keçirir. İşğalçı sionist rejiminin qətliamı nəticəsində 1216 fələstinli həlak olub, minlərlə insan isə yaralanıb. Fələstinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl-Kudranın açıqlamasına görə, həyatını itirən 1216 nəfərin 251-i uşaqlar, 94-ü qadınlar və 50 nəfəri isə ahıllardır. /Deyerler/
Comment