0
Sunday 9 February 2014 - 00:15

ABŞ İmam Xomeyninin (r) baxışında

Story Code : 349785
ABŞ İmam Xomeyninin (r) baxışında
İran İslam İnqilabının böyük rəhbəri İmam Xomeyni (r) öz çıxış və yazılarında Amerika sözünü 2700 dəfəyədək işlətmişdir. Dəfələrlə ABŞ-İran rabitələri ilə bağlı xəbərdarlıq etmişdir.

“JameJam” yazır ki, İmamın buyuruqları arasında ABŞ və ABŞ siyasətçiləri məzəmmətlə yada salınır. İranın Amerikanı “böyük şeytan” adlandırmasını hamı xatırlayır. Hazırda iki ölkə arasında rabitələrdə yeni mərhələ yaranır və bununla bağlı İmam Xomeyninin ABŞ və ABŞ-la müzakirələrə münasibətini yada salmaq yerinə düşür.

İmamın mühüm və kəskin reaksiyalarından biri ABŞ səfirliyinin nəzarətə götürülməsi zamanına təsadüf edir. Şəmsi 1358-ci il aban ayının 16-da İmam ABŞ-la bağlı məşhur cümləsini dilə gətirdi. İmam əslində casus yuvası olan səfirliyi nəzarətə götürmüş tələbələrə dəstək olaraq buyurdu: “Şahidsiniz ki, gənclərimiz fəsad mərkəzi olan ABŞ səfirliyini ələ keçiriblər. Oradakı amerikalılar həbsə alınıb. Casus yuvası ələ keçirilib. Amerika heç bir qələt edə bilməz, buna gənclər əmin olsun.”

Nə üçün imam ABŞ-a qarşı belə həssas idi və sərt münasibət nümayiş etdirirdi? İmamın nəzərincə ABŞ dünyanın məhrum və əzilən xaqlarının bir nömrəli düşmənidir. Bütün bu çətinliklərimizin arxasında ABŞ dayanır – düşünürdü İmam.

İmam sadə və yetərli şəkildə deyirdi: “Amerikadan aldığımız zərbələri başqasından almamışıq.” İmamın buyuruqlarından onun bu ölkə ilə rabitə və ya müzakirələrə münasibəti aydın olurdu.

İmam buyururdu: “Yuxuda Amerika görənləri Allah oyatsın”; “Adam olanadək, zülmdən əl çəkənədək ABŞ-la rabitə yaradılmayacaq. Bizim Amerika ilə rabitəmiz məzlumun zalım, qarət olunmuşun qarətçi ilə rabitəsidir.”
Bu üç cümlə imamın Amerika ilə rabitələr barədə buyuruqlarından seçilmişdir. Əslində bu 3 cümlə imamın müxalifətini aydın göstərir.

Pis olmaz ki, İrana məxsus sərnişin təyyarəsi vurulan zaman İranın reaksiyasını yada salaq. O zaman İmam ömrünün son günlərini yaşayırdı. İmam buyurmuşdu: “Azad xalqlar dünyanın super gücləri, xüsusi ilə cinayətkar ABŞ-dan zərbə alıb. Nə qədər ki, dünya xalqları ABŞ və müttəfiqlərinin küfür və cinayətlərinə qarşı qalxmayıb hər gün yeni cinayətlərə şahid olacağıq.”

İmam yeni bir savaşa işarə ilə buyururdu: “Bugünki savaşımız İraq və İsraillə savaşımız deyil. Bu savaş Ərəbistan, Fars körfəzi şeyxləri ilə savaş da sayılmamalıdır. Bizim davamız, Misir, İordaniya, Mərakeşlə deyil. Döyüş meydanında Şərq və Qərbin super gücləri ilə üz-üzə də durmamışıq. Bizim savaşımız yer üzündə zülm və istibdada qarşı ideoloji savaşdır. Bu savaş İslamın kapitalizm və komunizmin ədalətsizliyinə qarşı savaşdır. Savaşımız ayaqyalınların, İslam məmləkətlərinin harın başçılarına qarşıdır.”

İmam buyururdu: “Bu savaş silah tanımır, sərhədlərlə məhdudlaşmır. Bu savaş yurd, məğlubiyyət, məhrumiyyət, aclıq tanımır. Bu etiqad savaşıdır. Savaşımız dünyanın çirkin zor və zər sahiblərinə qarşı etiqad savaşıdır. Savaşımız müqəddəsdir. Döyüşçülərimiz pak etiqad və iman dünyasında nəfəs alır. Dünya müsəlmanları bilir ki, istibdadla İslam arasında savaş gedir. Bu savaş dünya zorlularını rahat buraxmayacaq, saray sütunlarına ağır zərbələr endirəcək.”

Beləcə imam Xomeyni ömrünün sonlarında elan edib ki, İranla Amerikanın problemi lokal tarixi problem yox, ideoloji məktəb problemidir. Aydın məsələdir ki, belə bir yolda müzakirələr olduqca ağırdır.
Comment