0
Saturday 20 November 2010 - 13:21

İraqda siyasi böhranın sonu

Story Code : 44619
İraqda siyasi böhranın sonu
İraqda siyasi böhranın sonu
Keyhan qəzeti
Müəllif: Rza Tənkabəni
Yeni dövlət güc nümayişi və qarşıdurmaların sonu demək deyil. Bu dövlətdə yeni bir orqan yaradılacaq ki, qrupların siyasi razılığından irəli gəlir və parlamentin təsdiqindən sonra qüvvəyə minəcək.
Bu yeni orqan “Milli Təhlükəsizlik Siyasətləri Şurası”dır. Bundan sonra güman olunur ki, “əl-İraqiyyə” siyahısının rəhbəri və sözü gedən orqana rəhbərliyə namizəd olan Əyad Əlavi ilə baş nazir Nuri Maliki arasında ciddi ixtilaflar baş versin. Əlavi təkidlə, ABŞ və Səudiyyə Ərəbistanının himayəsilə istəyir ki, yeni qurulmuş bu orqanın gücünü o qədər artırsın və bu yolla İraqın bütün təhlükəsizlik, hərbi orqanlarına nəzarət etsin. Maliki isə Əlavinin bu təklifini heç bir şərtlə qəbul etməyəcək. O bilir ki, əgər bu istəyi qəbul etsə, İraqın siyasi hakimiyyəti faktiki olaraq parçalancaq və neçə şaxəli olacaq. Belə ki, 3 qüvvənin yanında qüdrətli bir şəxs peyda olacaq və belə bir hal İraqın şəraiti və bu ölkənin siyasi idarəçiləri ilə qəti uyğun gəlməyəcək. “Milli Təhlükəsizlik Siyasətləri Şurası”nın yaranması amerikalıların təklifi idi. Onlar ilk dəfə 2005-ci ildə bu təklifi vermişdilər. Hazırda onun icrası yalnız İraq parlamentinin təsdiqini gözləyir.
Siyasi baxımdan, hakimiyyət parçalanması İraqda ictimaiyyətin aşağı və yuxarı təbəqəsində hərc-mərclik yaradacaq və demokratiyanı öz təsirinə salacaq. Amerikalıların nəzərində isə, gücsüz bir dövlət, şiələrin rəhbərliyi altında olan qüdrətli dövlətdən daha yaxşıdır.
İraqda meydanı şiələrə daraltmaq üçün, ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən diqqətlə izlənən planlardan biri də Bəəs rejiminə qarşı qanunun ləğvidir. Hal-hazırda da İraq prezidenti Cəlal Tələbani və Malikiyə bu barədə böyük təzyiq göstərirlər. “İraq Milli Birlik” partiyasına (şiələr) bağlı siyasətçi Əhməd Çələbinin dediyinə görə, Tələbani amerikalıların təzyiqinə cavab verdi və deyib: “O icazə verməyəcək ki, Troya atı olan Bəəs rejimi İraqın siyasi səhnəsinə qayıtsın”. Tələbaninin Troya atı deməkdə məqsədi, Bəəsçilərin gələcəkdə çevriliş edib şəraiti geriyə çevirmələridir.
Hər halda, İraqın hazırkı vəziyyətini daha yaxşı əks etdirə biləcək şey, bütün cərəyanların öz mövqelərini möhkəmləndirməsidir. Bu fərqlə ki, “İraq Milli Birlik” və “İraq Kürdüstan koalisiya” partiyası qanuni yolla bu hədəfə çatmaq istəyirlər. Lakin əl-İraqiyyə partiyası, ABŞ və Səudiyyə Ərəbistanı isə qanunu ayaq altına atıb İraqın vəziyyətini və asayişini öz mənfəətlərinə uyğun tənzimləsinlər. Növbəti günlərdəki dəyişikliklər göstərəcək ki, bu çətin mübarizədən hansı cərəyanlar qalib çıxacaqlar.
http://www.Islam times.org/vdcgzq9t.ak9t74prra.html
Comment