0
Wednesday 13 August 2014 - 17:29

"İsrailin törətdiyi cinayətlərə bəraət qazandırmaq qeyri-mümkündür"

Story Code : 404602
"İsrailin törətdiyi cinayətlərə bəraət qazandırmaq qeyri-mümkündür"
Bu barədə məlumatı Yaxın Şərq KİV-ləri "France Press" xəbər agentliyinə istinadən veriblər.
BMT-nin qərargahında jurnalistlər qarşısında çıxış edən Pan Gi Mun deyib ki, İsrail rejiminin Qəzzada keçirtdiyi hərbi əməliyyatlar dinc əhalinin həyatını təhlükə altına atır. Pan Gi Mun İsrail rejiminin Hərbi Hava Qüvvələrinin Qəzzada yerləşən BMT-nin məktəblərini bombardman etməsini yenidən tənqid edib. BMT-nin baş katibi bu cinayətlərin arşadırılmasının zəruri olduğunu qeyd edib.
 
"Mən ümid edirəm ki, Qəzzada insanları qətlə yetirənlər və dağıntılar törədənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər", - deyə Pan Gi Mun bildirib.  
 
Xatırladaq ki, İsrail rejimi iyul ayının 7-dən etibarən Qəzzanı qurudan, havadan və dənizdən bombardman edir. İsrail rejiminin Qəzzada törətdiyi qətliam nəticəsində 1946 nəfər həlak olub, 9886 nəfər isə yaralanıb. Həlak olanların 465 uşaq, 237-i isə qadındır. İsrail rejiminin Hərbi Hava Qüvvələrinin Qəzzaya endirdiyi raket zərbələri nəticəsində 11, 855 yaşayış evi dağıdılıb. Sözügedən evlərini yenidən inşa edilməsi və yaxud bərpası üçün 410 milyon dollar vəsait tələb olunur.
 
Deyerler.Org
Comment