0
Tuesday 2 September 2014 - 11:48

Dünya Sülh Günündə Türkiyədə ara qarışdı

Story Code : 407845
Dünya Sülh Günündə Türkiyədə ara qarışdı
Türkiyənin bəzi vilayətlərində də 1 sentyabr Dünya Sülh Günü münasibətilə keçirilən aksiyalarda toqquşmalar olub. ANS PRESS-in xəbərinə görə, Mardinin inzibati mərkəzi Nüsaybində aksiyalar iğtişaşlara çevrilib. Əvvəlcə dinc yürüş kimi başlayan aksiyada sonradan iştirakçılar polisə fişəng, səs bombası və daş atıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. İğtişlar zamanı 1 nəfər saxlanılıb. Aksiya iştiraçılarının polisə atdığı Molotof kokteyllərindən birinin kütləvi-informasiya vasitələrinin nümayəndələrinin yanına düşərək onlara çətin anlar yaşadıb. Jurnalistlər yanmaqdan son anda qurtulublar.
 
Şanlıurfa vilayətində isə Dünya Sülh Gününün qeyd edilməsi Ceylanpınar rayonunda sülh zəncirinin yaradılması ilə yadda qalıb. Suriya sərhədinə yaxın yerdə bir araya gələn ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri burada canlı sülh zənciri qurublar. Zəncirin qurulmasında 1000-ə yaxın adam iştirak edib. Yarım saata yaxın davam edən aksiya insidentsiz dağılıb.
Comment