0
Monday 5 December 2011 - 01:32

Qırğızıstan prezidentin yenidən Manas bazasının bağlanmasını vurğulayıb

Story Code : 119818
Qırğızıstan prezidentin yenidən Manas bazasının bağlanmasını vurğulayıb
Qırğızıstan prezidentin yenidən Manas bazasının bağlanmasını vurğulayıb
Qırğızıstan R-da Manas bazasının bağlanması eləcə də ölkədə Amerikanın hərbi fəaliyyətinə son qoyulması bu respublika cəmiyyətində daim diqqət mərkəzində duran mühüm məqamlardan olmuşdur.

Ekspertlərin qənaətincə Qırğızıstanın sabiq prezidenti Qurban Bakıyev elə bir halda hakimiyyətdən kənarlaşmaq və ölkədən qaçmağa məcbur oldu ki, ölkədə hakimiyyətin Manas bazasında amerikalı qüvvələrin fəaliyyətinin davam etməsinə razılıq verməkdə xalqın geniş etirazları və tənqidləri ilə üzləşdi.

Müşahidəçilərin fikrincə Almas Beyk Atambayevin Qırğızıstanda 30 oktyabr prezidenti seçkiləri zamanı təşviqat kompaniyalarında ölkədə Manas bazasının bağlanması və amerikalı qüvvələrin ölkədən çıxmasının zəruriliyini vurğulaması ümidlərin güclənilməsinə səbəb olmuşdur.

Hazırda onun yenidən ölkədə Manas bazasının bağlanmasının üzərində təkid etməsi elə bir haldadır ki, Qırğızıstan prezidentinin Mətbu partiyası "Sosial Demokrat partiyası" ölkədə Atambayevin andiçmə mərasiminin qeyd olunmasından bir gün sonra hökumətin koalisiyasından xaric olub.

Şübhəsiz bu partiyanın hakimi koalisiyasından çıxması Qırğızıstan cəmiyyətində siyasi tərtibatı dəyişmək məqsədi ilə həyata keçirilib. Bu üzdən prezidentin amerikalıların hərbi fəaliyyətinə aid Manas bazasının bağlanması ilə bağlı xüsusilə də hakim koalisiyanın sındırmasından sonra söylədiyi fikrini ümumi məfkurədə yayına yaratmaq və nəzərdə tutulmuş proqramlara sadiq qalmağın elan edilməsi istiqamətində dəyərləndirmək və onun üzərində dayanmaq lazımdır.

Hakim koalisiyadan sosial demokrat partiyasının çıxarılmasında məqsədin hakimiyyətdən Ate Jort partiyasını kənarlaşdırmaq xüsusilə də ölkənin əsas qərar çıxarmalarında onun iştirakına imkan verməmək olduğu bildirilir.

Almas Beyk Atambayev ölkədə amerikalı hərbçilərin fəaliyyətinin davam etməsinə olan həssaslıqları həmçinin ölkədə təhlükəsizliyin bərqərar edilməsinə və ümumi iqtisadiyyatın dinamikləşməsinə olan ümumi maraqları yaxşı dərk edir.

Görünür bu siyasətçi ölkədə ümumi məsələləri bir-birinə bağlamaqla o cümlədən təhlükəsizlik, iqtisadi və məhkəmə sisteminin canlanması Manas bazasının bağlanması ilə əlaqələndirməklə istəyir ki, özünün mətbu partiyasının hakim koalisiyadan xaric olmasını bir qədər haqq qazandırmasın . Bu məsələ ona görə də əhəmiyyətli dəyərləndirilir ki, Ate Jurt partiyası parlament seçkilərindən sonra özünü seçkilərin öncülü kimi təqdim edib parlamentdəki kürsülərin əksəriyyətini əldə etsin. Bu partiya Qırğızıstanın cənub məntəqələrində o cümlədən Oş və Calalabadda daha da nüfuz təsirinə malikdir. İraqi qarşıdurmalar və qiyamların şahidi olmuş şəhərlər bu partiya funksionerlərinin müdrikliyi ilə Qırğızıstanın cənubundakı bu şəhərlər bir daha əmin-amanlıq və sakitliyin təmin olunmasına şahid olurlar. Ate Jurt partiyasının hakimiyyətdən kənarlaşdırılmasına dair addımların səmərə verdiyi təqdirdə Qırğızıstan cəmiyyətində etnik-soy gərginlikləri növündən mənşə alan siyasi böhranların yaşanması mümkündür. Görünür Alması Beyk Atambayev bu gərginlilərin baş verməsinin qarşısını almaq xüsusilə də ölkədə xalqın yanında reytinqi itirməmək məqsədi ilə bir daha Manas bazasının bağlanmasının üzərində təkid edir. Müşahidəçilər Qırğızıstan prezidentininbu fikirlərini digər cəhətini Bişkekin Rusiyaya diplomatik xəbərdarlıq mənasında bildirir. Müşahidəçilərin fikrincə Manas bazası fəaliyyətinin davam etməsi və bu bazanın bağlanması mövzusunun diqqət mərkəzində saxlanılması Bişkek rəhbərliyinin Rusiyanın Qırğızıstana siyasi-iqtisadi himayəni qazandırmaqda bir vasitədir. Xüsusilə də Qırğızıstan cəmiyyəti Rusiyanın bu respublikaya mali-siyasi yardımların veriləməsində etdiyi vədlərinə xilaf çıxmasının şahidi olub.

Bu üzdən Manas bazası haqda hər hansı bir fikir özlüyündə Rusiyaya bir xəbərdarlıq xarakteri daşıya bilər ki, bu ölkə Qırğızıstan rəsmilərinə etdiyi hərtərəfli himayə vədlərini yerinə yetirsin.
Source : IRIB
Comment