0
Thursday 5 June 2014 - 10:20

Müxaliflər polisi ata bağlayıb sürüdülər

Story Code : 389261
Müxaliflər polisi ata bağlayıb sürüdülər
ANS PRESS “K-News” saytına istinadən xəbər verir ki, Qırğızıstanda həbsdə olan müxalifətçi Ahmetbek Keldibekovun tərəfdarları magistral yolu bağlayaraq aksiya keçiriblər.
Yolu bağlayan aksiyaçılarla söhbət etməyə çalışan polis isə bir qrup qara maskalı atlının hücumuna məruz qalıb. Əvvəl polisi döyən maskalılar daha sonra onu ata bağlayaraq təxminən 40 metrə qədər sürüyüblər.
Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.
Polisin isə xəstəxanada olduğu, vəziyyətinin ağır olduğu bildirilir.
Comment