0
Sunday 2 August 2009 - 16:45

İSRAIL GÜRCÜSTANI RUSIYA ILƏ YENI MÜHARIBƏYƏ SÜRÜKLƏYIR

Story Code : 9099
İSRAIL GÜRCÜSTANI RUSIYA ILƏ YENI MÜHARIBƏYƏ SÜRÜKLƏYIR
İnterfaksın xəbərində belə deyilir " Cənubi Osetiya əhaləsinə və Rusiyanın Cənubi Osetiyadakı hərbi birləşmələrinə təhlükə yaradan növbəti təxribatların törədildiyi halda Rusiya Ordusu respublika əhalisi və Rusiya Ordusunun hərbiçilərinin müdafiəsi istiqamətində bütün güc və tədbirləri həyata keçirmək haqqında özündə saxlamaqdadır".

Nəzərinizə çatdıraq ki, Ria Novosti Cənubi Osetiyanın müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən Gürcüstan tərəfindən Cənubi Osetiyaya minamyot atılması xəbərini yayıb.

Verilən məlumata görə yerli saatla 09:25-də Gürcüstanın Disi bölgəsindən Cənubi Osetiyanın Ered kəndinə iki minamyot mərmisi atılıb.

Gürcüstan tərəfi isə bu xəbəri təkzib edib.

Ekspres Nyusun verdiyi məlumata görə Gürcüstanın dövlət nazirlərindən olan Timur Yakobaşvili Rusiya Ordusunun bu məlumatına münasibət bildirib.

"Gürcüstan tərəfi heç bir təxribata əl atmamışdır. Təxribat edən Rusiya ordusudur. Əlbəttə ki, beynəlxalq qurumlar Rusiyanın bu məlumatına inanmırlar"-deyən Yakobaşvili Rusiyanın regionda yeni müharibə etmək istədiyini bildirib.

Bu arada İnterpressnyusa-a münasibət bildirən Rusiyanın hərbi eksperti Pavel Felqenqauer Rusiya Ordusunun bu bəyənatına münasibət bildirərək: "80 faiz Rusiya ilə Gürcüstan müharibəsi başlayacaq" -deyib.

Ötən ildə bu hərbi ekspert müharibədən əvvəl bu cür çıxışlar etmiş və müharibənin başlayacağını bildirmişdi.

Nəzərinizə çatdıraq ki, ötən il Gürcüstan İsrail və ABŞ-ın fitvası ilə Osetiyaya hücum etmiş, mülkü vətəndaşları qətlə yetirmiş, lakin Rusiya ordusunun sərt cavabı nəticəsində rüsvayçılıqla məğlub olmuşdu.

Həmin dövrdə Gürcüstan ordusunun komandanlığını İsrail ordusunun quru qoşunlarının komandiri General Qal Hirş olmuşdur.

Livan-İsrail döyüşündə məğlub olan bu general Gürcüstanda da məğlub olması onun üçün intihardan da betər idi.
Source : İslam-Azeri.az
Comment