0
Thursday 17 April 2014 - 14:05

Zakir Həsənov İranda

Story Code : 374502
Zakir Həsənov İranda
Zakir Həsənov İranda
İlham Əliyevin İrana səfərindən sonra Azərbaycan müdafiə naziri Zakir Həsənovun qardaş ölkəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılmasını deməyə əsas verə bilər. Mövzu ilə bağlı çıxış edən rəsmi şəxslərlə yanaşı müstəqil ekspertlərin gəlidiyi qənaətə görə İran və Azərbaycan arasında əvvəlki dövrlərdə bərkimiş buzlar əriməsi üçün İran tərəfindən irəli sürülən təşəbbüsü Azərbaycan hakimiyyətinin rədd etməməsi həm də qərbin İranla son zamanlar münasibətlərindəki yumuşalma ilə bağlıdır. Belə çıxır ki, İlham Əliyev üçün qərbin davranışları, İrana qarşı münasibəti ölçü meyyarı kimi qəbul olunur. İlham Əliyevdən sonra müdafiə naziri Zakir Həsənovun İrana səfəri qardaş ölkə ilə təhlükəsizlik və müdafiə sektoru sahəsindəki münasibətlər nəzərdən keçirmək idi. İranın müdafiə naziri Hüseyn Dehqanın dəvəti ilə qardaş ölkəyə səfər edən Zakir Həsənov vacib açıqlama verməklə yanaşı İran hərbi texnikası ilə Azərbaycan ordusunun silahlanması məsələsində də razılığa gəlib. Zakir Həsənov bəyan edib ki, Azərbaycan heç bir zaman öz ərazisindən qonşu ölkələrə qarşı hərbi hücumlar üçün istifadə olunmasına imkan verməyəcək, buna ölkəmizin qanunları da qadağan edir. Zakir Həsənov açıqlamasında vurğunu daha çox ona yönəldib ki, İsraillə Azərbaycan arasında hərbi sahədəki mövcud əməkdaşlıq heç bir halda İrana qarşı yönəlməyib. İranlı həmkarlarını nə dərəcədə əmin edə bilibsə bunu deyə bilmərik, ancaq öz nitqində İlham Əliyev özü deyib ki, Azərbaycan İsrail arasında münasibətlər böyük hissəsi suyun altında olan görünən aysberqə bənzəyir. Azərbaycan İran istehsalı olan hansı silahları alacağı barədə də təfsilatlı məlumat verilmir, ehtimal olunur ki, bu barədə hələ tərəflərin özlərində də aydın təsəvvür yoxdur, söhbət sadəcə ilkin razılıqdan gedir. İran səfərində müdafiə naziri Zakir Həsənov həmkarı Hüseyn Dehqan və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb.
Source : İslamtimes
Comment