0
Wednesday 10 September 2014 - 08:40

İstanbulda Həzrəti Əli (ə) Məscidinə hücum geniş etirazlara səbəb olub

Story Code : 407984
İstanbulda Həzrəti Əli (ə) Məscidinə hücum geniş etirazlara səbəb olub
İstanbulda Həzrəti Əli (ə) Məscidinə hücum geniş etirazlara səbəb olub
20-30 Nəfərlik qrupun etdiyi hücum Türkiyədə son bir neçə ay ərzində cəfəri məscidlərinə qarşı üçüncü hücumdur, – Zeynebiye.com.

Hadisə barədə xəbərlər yayıldıqdan sonra Türkiyədə cəfərilərin əsas mərkəzlərindən Zeynəbiyədən və İstanbulun müxtəlif bölgələrindən Büyükçekmeceyə axın edən yüzlərlə cəfəri vətəndaş məscidin tikinti meydanında toplanıb. Daha sonra hadisənin əsas səbəbkarı olan məhəllə muxtarı Birol Bozkurtun ofisini mühasirəyə alan cəfəri gənclər burada “Şiə-Sünni qardaşdır, fitnəçilər alçqadır”, “Məscidin Şiəsi-Sünnisi olmaz”, “Lailaheillallah, Məhəmməd Rəsulullah (s), Məscidə uzanan əli qırarıq” şüarları səsləndirərək vəhdət mesajları veriblər.

Etirazların artmasından sonra məhəllə muxtarı polis tərəfindən mahal polis idarəsinə aparılıb. Hadisə yerinə gələn Büyükçekmece Mahal Polis İdarəsinin rəisi İstanbul valisi Hüseyn Avni Mutlunun “keçmiş olsun” mesajını çatdıraraq hücum edilən məscidin hamının namusu olduğunu bildirib.

Mövzunu şərh edən Dünya Cəfəri Alimlər Birliyi Qurucu sədri Həmid Turan isə cəfərilərin heç bir zaman fitnə ünsürü olmayacağını, amma hücumlar qarşısında da qətiyyən reaksiyasız qalmayacağını vurğulayıb.

Xatırladaq ki, iyun ayında yenə eyni bölgədə Esenyurt “Allahu Əkbər Məscidi”, iyul ayında isə Esenyurt “Məhəmmədiyə Məscidi” eyni hadisə ilə üzləşib. Digər tərəfdən bu məşum hücumların məsullarının hələ də tapılmaması təkfirçi zehniyyəti cəsarətləndirir.(deyerler)
Source : Deyerler
Comment