QR CodeQR Code

Hicabla bağlı yuxarıdan sifariş gəlməyib

Şeyxin təklifi ilə Əkrəm Əylisli mürtəd elan edilib.

Islamtimes , 15 Feb 2013 13:47

İslamtimes - Əkrəm Əylisli ilə bağlı toplantı keçirib qərar qəbul edən şeyx nə üçün hicabla bağlı topkantı keçirib qərar qəbul etməyib?


islamtimes.org/az/ - Gündəmə gələn digər məsələlərdən biri də QMİ-nin sədri şeyx hacı Allahşükür Paşazadənin digər konfessiya təmsilçiləri – pravoslav və katolik xristian və yəhudi nümayəndələri ilə birlikdə keçirdiyi iclasda yazıçı Əkrəm Əylisli haqqında qərarın müzakirəsidir.

Şeyxin təklifi ilə Əkrəm Əylisli mürtəd elan edilib. Bu qərar da geniş müzakirəyə yol açıb, həm ruhani ekspertlər həm də dünyəvi ekspertlərin bu barədə rəyi var.

Ruhanilərin arasında elə adamlar var ki, Əkrəm Əylislini mürtəd hesab edilməsi üçün dəlil olduğunu bildirir, özü də bu iddianın cəmiyyətdə nüfuzu olan ruhani edir, sözsüz bu iddia həm şeyxə həm də hakimiyyətə dəstəkdir.

Dünyəvi ekspertlər isə şeyxin bu qərarını şəbəkəyə çevirib, onların baxışlarına görə şeyx hakimiyyətə yarınmaq üçün daha ağıllı bir addım ata bilərdi. Bilmirəm şeyxin kimisə mürtəd elan etməsi haqqı, səlahiyyəti var ya yox, ancaq onun bu qərarı cəmiyyətdə sadəcə lətifə kimi qarşılanır.

Bizdə isə bir sual yaranır: Əkrəm Əylisli ilə bağlı toplantı keçirib qərar qəbul edən şeyx nə üçün hicabla bağlı topkantı keçirib qərar qəbul etməyib? Bəlkə, hicabla bağlı yuxarıdan sifariş gəlməyib?


Story Code: 239779

News Link :
https://www.islamtimes.org/az/fori_news/239779/hicabla-bağlı-yuxarıdan-sifariş-gəlməyib

Islam Times
  https://www.islamtimes.org