0
Friday 15 February 2013 - 13:47

Hicabla bağlı yuxarıdan sifariş gəlməyib

Şeyxin təklifi ilə Əkrəm Əylisli mürtəd elan edilib.
Story Code : 239779
Allahşükür Paşazadə
Allahşükür Paşazadə
Islam times.org/az/ - Gündəmə gələn digər məsələlərdən biri də QMİ-nin sədri şeyx hacı Allahşükür Paşazadənin digər konfessiya təmsilçiləri – pravoslav və katolik xristian və yəhudi nümayəndələri ilə birlikdə keçirdiyi iclasda yazıçı Əkrəm Əylisli haqqında qərarın müzakirəsidir.

Şeyxin təklifi ilə Əkrəm Əylisli mürtəd elan edilib. Bu qərar da geniş müzakirəyə yol açıb, həm ruhani ekspertlər həm də dünyəvi ekspertlərin bu barədə rəyi var.

Ruhanilərin arasında elə adamlar var ki, Əkrəm Əylislini mürtəd hesab edilməsi üçün dəlil olduğunu bildirir, özü də bu iddianın cəmiyyətdə nüfuzu olan ruhani edir, sözsüz bu iddia həm şeyxə həm də hakimiyyətə dəstəkdir.

Dünyəvi ekspertlər isə şeyxin bu qərarını şəbəkəyə çevirib, onların baxışlarına görə şeyx hakimiyyətə yarınmaq üçün daha ağıllı bir addım ata bilərdi. Bilmirəm şeyxin kimisə mürtəd elan etməsi haqqı, səlahiyyəti var ya yox, ancaq onun bu qərarı cəmiyyətdə sadəcə lətifə kimi qarşılanır.

Bizdə isə bir sual yaranır: Əkrəm Əylisli ilə bağlı toplantı keçirib qərar qəbul edən şeyx nə üçün hicabla bağlı topkantı keçirib qərar qəbul etməyib? Bəlkə, hicabla bağlı yuxarıdan sifariş gəlməyib?
Source : Islamtimes
Comment