QR CodeQR Code

Nardaranda möhtəşəm bayram namazı qılındı

Nardaranpiri.com , 19 Jul 2015 08:31

İslamtimes - Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının Hüseyniyyəsində “Fitr bayramı” namazı qılındı.


Bu gün İyul ayının 18-i Şəvval ayının 1-i "Müqəddəs Ramazan - Fitr bayramı" günüdür. Bu mübarək günlə əlaqədar olaraq ölkəmizin bütün rayon və şəhərlərində,o cümlədən paytaxt Bakı şəhərinin müxtəlif məscid və Hüseyniyyələrində "Fitr bayramı" namazı qılınmışdır.

Bu gün Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım (s.ə) ziayarətgahının Hüseyniyyəsinin həyətində, açıq səma altında "Mübarək Ramazan – Fitr bayramı" namazı qılındı. Bayram namazını qılmaq üçün ziyarətgahın Hüseyniyyəsinə ölkəmizin müxtəlif bölgələrindən gəlmiş minlərlə kişi və qadın cəm olmuşdu.


Story Code: 474568

News Link :
https://www.islamtimes.org/az/gallery/474568/1/nardaranda-möhtəşəm-bayram-namazı-qılındı

Islam Times
  https://www.islamtimes.org