QR CodeQR Code

Çin: Assanc Qərbin azadlıqla bağlı ikiüzlülüyünün güzgüsüdür

إسلام تايمز , 20 Jun 2022 22:01

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü Britaniyanın WikiLeaks-in qurucusu Culian Assancı ekstradisiya etmək niyyəti ilə bağlı xəbərlərə münasibət bildirib.


Böyük Britaniya daxili işlər naziri Preti Patel “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assancın casusluq ittihamı ilə mühakimə olunmaq üçün Birləşmiş Ştatlara ekstradisiya edilməsi barədə qərar verib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bazar ertəsi mətbuat konfransında deyib:

"Culian Assanc tərəfindən qurulan WikiLeaks ABŞ-ın Əfqanıstan və İraqdakı müharibələri (cinayətləri) ilə bağlı çoxlu sənədlər dərc edib və CIA-nın haker əməliyyatları ilə bağlı faktları açıqlayıb”.

O əlavə edib:

“Son on il ərzində ABŞ hökuməti zorlama, casusluq, kompüterdən sui-istifadə və telefon dinləmələri kimi müxtəlif ittihamlarla bir hədəfi izləyib. Onlar yalnız Assancı həbs etmək ardıncadırlar”.


Story Code: 1000261

News Link :
https://www.islamtimes.org/az/news/1000261/çin-assanc-qərbin-azadlıqla-bağlı-ikiüzlülüyünün-güzgüsüdür

Islam Times
  https://www.islamtimes.org