QR CodeQR Code

HƏMAS Suriya hökuməti ilə əlaqələrini tam bərpa edib

22 Jun 2022 09:28

İslamTimes: Suriyada daxili müharibəyə görə hökumətlə əlaqələrini dayandıran HƏMAS yenidən rəsmi Dəməşqlə münasibətlərini bərpa edib.


SalamNews xəbər verir ki, bu barədə HƏMAS –ın yüksək rütbəli bir rəsmisi FransPress-ə açıqlama verib.

Mənbə bildirib ki, hərəkat Suriya hökuməti ilə münasibətlərini öncə olduğu kimi yaxşılaşdırıb və əlaqələr tam olaraq bərpa edilib.

Bu arada HƏMAS-ın Siyasi Bürosunun sədri İsmail Həniyyə ötən gün Beyruta gedib. O burada Fələstin və Livan hərəkatlarının nümayəndələri ilə, eləcə də Livan hökumətinin rəsmilərilə görüşəcək.

Qeyd edək ki, HƏMAS 2012-ci ildə daxili müharibəyə görə Qətərin, Türkiyənin, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb dövlətlərinin təzyiqi ilə Dəməşqdəki ofisini bağlamış və buranı tərk etmişdi.iriblər.


Story Code: 1000483

News Link :
https://www.islamtimes.org/az/news/1000483/həmas-suriya-hökuməti-ilə-əlaqələrini-tam-bərpa-edib

Islam Times
  https://www.islamtimes.org