QR CodeQR Code

Sionist rejim ordusunda intihar böhranı

إسلام تايمز , 22 Jun 2022 11:38

İslamTimes: Sionist rejim KİV-nin məlumatına görə, bu il (2022-ci ildə) sionist rejim ordusunun hərbçiləri arasında intiharların sayı kəskin şəkildə artıb.


Sionist rejim KİV-nin məlumatına görə, bu il (2022-ci ildə) sionist rejim ordusunun hərbçiləri arasında intiharların sayı kəskin şəkildə artıb. Belə ki, bu ilin əvvəlindən (6 ay ərzində) 11 sionist əsgər intihar edib.

Məlumata görə, bu qorxunc statistika elə bir halda qeydə alınıb ki, bütün ötən il (2021-ci il) ərzində İsraildə 11 əsgər, 2020-ci ildə isə 9 sionist əsgər intihar etmişdi.

İntihar hallarının artmasının ardından İsrail ordusunun rəsmiləri bu rejimin psixi sağlamlıq sahəsində məsul şəxsləri ilə təcili görüşlər keçirib.
Hazırda sionist hərbçilər arasında intiharların qorxuducu şəkildə artmasının səbəbləri araşdırılır.

Knesset Araşdırma Mərkəzinin (Sionist Parlament) rəsmi statistikası göstərir ki, sionist rejimdə hər il 500 intihar hadisəsi qeydə alınır ki, onlardan 100-ü rejimin gənc nəsli (15-24 yaş) arasındadır.


Story Code: 1000511

News Link :
https://www.islamtimes.org/az/news/1000511/sionist-rejim-ordusunda-intihar-böhranı

Islam Times
  https://www.islamtimes.org