QR CodeQR Code

Sionist rejim xarici işlər nazirinin Ankarada İrana qarşı boşboğazlığı

إسلام تايمز , 23 Jun 2022 23:36

İslamTimes: İsrailin xarici işlər naziri türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında İranın Türkiyə torpaqlarında sionistləri hədəf almağa çalışdığı iddiasını təkrarlayıb.


İşğalçı İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfəri və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Türkiyənin xarici işlər naziri sionist həmkarı ilə görüşündə bildirib ki, o, Türkiyə ilə müvəqqəti sionist rejimi arasında ikitərəfli əlaqələrin genişləndirilməsini istəyir.

Əl-Ərəbiyyə xəbər şəbəkəsi Çavuşoğluya istinadən yazıb ki, Türkiyə sionist rejimlə diplomatik əlaqələri səfirliklər səviyyəsinə qaldırmaq niyyətindədir.

Türkiyənin xarici işlər naziri Ankaranın sionist vətəndaşlara qarşı təhdidlə bağlı işğalçı İsraillə əlaqə saxladığını və təhlükəsizlik məsələlərində bu rejimlə əməkdaşlıq edəcəyini açıqlayıb.


Story Code: 1000782

News Link :
https://www.islamtimes.org/az/news/1000782/sionist-rejim-xarici-işlər-nazirinin-ankarada-irana-qarşı-boşboğazlığı

Islam Times
  https://www.islamtimes.org