QR CodeQR Code

NATO Baş katibi: “Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb”

28 Jun 2022 21:01

İslamTimes: NATO Çini düşmən kimi qəbul etmir. Ancaq Alyans tezliklə dünyanın ən böyük iqtisadiyyatı olmaq istiqamətində irəliləyən bu ölkənin Rusiyanın Ukraynanı işğal etməsini pisləməməsindən təəssüflənib.


APA xəbər verir ki, bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Təəssüf ki, Çin NATO ilə, Qərblə bağlı yanlış narrativlər yayır. İndi Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb. Biz fevralın əvvəlində Çin və Rusiya liderlərinin ortaq bəyanatını gördük. Bu bəyanatda biz Çinin NATO-nun genişlənməsinə və alyansa qarşı əks mövqedə olduğunu gördük”, - Baş katib əlavə edib.


Story Code: 1001671

News Link :
https://www.islamtimes.org/az/news/1001671/nato-baş-katibi-çin-və-rusiya-heç-vaxt-olmadığı-qədər-yaxınlaşıb

Islam Times
  https://www.islamtimes.org