QR CodeQR Code

İran G7 ölkələrinin yekun bəyanatına etiraz edib

29 Jun 2022 09:45

İslamTimes: İran XİN G7 ölkələrinin dövlət başçılarının Almaniyada keçirilən sammitində verilən bəyanata etiraz edib.


SalamNews Mehr-ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin yeni mətbuat katibi Nasir Kənani deyib.

O, bildirib ki, G7 ölkələrinin dövlət başçılarının bəyanatının bir qismi İranın əleyhinə tərtib edilib və bu şiddətlə qınanılır.

“Bu bəyanat, onu verən ölkələrin adət etdikləri xətalı, əsassız, ədalətsiz rəftarından, faydasız və iflasa uğramış siyasi təzyiqlərindən irəli gəlir. Bu siyasətin əsas nəticəsi nüvə sazişinin icra edilməsində ləngimələr yaratmaq, sanksiyaların aradan qaldırılmasındakı danışıqlara zərər vurmaq və Fars Körfəzində təhlükəsizliyə qarşı bəyanatdır”, deyə İran rəsmisi əlavə edib.

O bildirib ki, G7 dövlətləri ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxmasını, BMT-nin 2231-ci qətnaməsinin Vaşinqton tərəfindən pozulması və onun tərəfindən sanksiyaların tətbiqini bilə bilə görməzdən gəlirlər.

Qeyd edək ki, G7 dövlətlərin son bəyanatında bildirilib ki, İran nüvə silahını əldə etməməli və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam şəkildə əməkdaşlıq etməlidir. Burada ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxması barədə heç nə yer almayıb.


Story Code: 1001753

News Link :
https://www.islamtimes.org/az/news/1001753/iran-g7-ölkələrinin-yekun-bəyanatına-etiraz-edib

Islam Times
  https://www.islamtimes.org