QR CodeQR Code

İsrail Qəzzaya hava zərbələri endirib, dağıntılar var

16 Jul 2022 09:39

İslamTimes: İsrailin hərbi təyyarələri bu gün sübh çağı Qəzzanın müxtəlif bölgələrinə 15-ə yaxın hava zərbəsi endirib. Dağıntılar var.


SalamNews Fələstin Media Mərkəzinin saytı palinfo.com-a istinadən xəbər verir ki, İsrailin hərbi təyyarələri Qəzzanın müxtəlif bölgələrində HƏMAS-ın və digər hərəkatların mövqelərinə hava zərbələri endirib.

Bu hava zərbələri nəticəsində fələstinli hərəkatların mövqelərində dağıntılar qeydə alınıb. Ölən və yaralananların olması haqda hələ məlumat yoxdur.

İsrail mətbuatının məlumatına görə bu hava zərbələri Qəzzadan Aşkelona iki raketin atılmasından sonra həyata keçirilib.

Qeyd edək ki, üç milyona yaxın fələstinlinin yaşadığı Qəzza 2008-ci ildən İsrailin hava, quru və sudan mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə nadir hallarda açılır.


Story Code: 1004495

News Link :
https://www.islamtimes.org/az/news/1004495/israil-qəzzaya-hava-zərbələri-endirib-dağıntılar-var

Islam Times
  https://www.islamtimes.org