QR CodeQR Code

Makron Bin Slamanla görüşdə Kaşıkçı cinayətinə göz yumdu

إسلام تايمز , 30 Jul 2022 10:57

İslamTimes: Məlumatda deyilir ki, Fransa prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə mübahisəli şam yeməyində qlobal istiləşmə, Ukraynadakı müharibə və İranın nüvə sazişi haqqında müzakirələr aparılıb.


Yelisey Sarayı yaydığı bəyanatda 2018-ci ildə Səudiyyə rejimi tərəfindən qətlə yetirilmiş, səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı mövqeyindən uzaqlaşıb. Camal Qaşıqçı Amerikada yaşayan Ali Səud rejiminin müxalifi kimi tanınan jurnalist idi.
 
Qərb kəşfiyyat agentlikləri Kaşıkçının qətlində Məhəmməd bin Salmanın əli olduğu qənaətinə gəliblər.

Fransa hökumətinin yaydığı bəyanatda deyilir ki, hər iki ölkə prezidenti cümə axşamı görüşündə Səudiyyə Ərəbistanı Krallığı ilə Fransa arasında əlaqələrin möhkəmlənməsini dəstəkləyiblər.

Qeyd etmək lazımdır ki, Amerika, Fransa və digər Qərb ölkələri bir neçə ildir ki, jurnalist Camal Qaşıqçının birbaşa Bin Salmanın göstərişi ilə qətlə yetirildiyini təkidlə vurğulayırdı. Amma bu gün öz mənafeləri xatirinə əli jurnalistin qanına bulaşmış Bin Salmanla əl sıxışırlar.


Story Code: 1006745

News Link :
https://www.islamtimes.org/az/news/1006745/makron-bin-slamanla-görüşdə-kaşıkçı-cinayətinə-göz-yumdu

Islam Times
  https://www.islamtimes.org