0
Saturday 30 July 2022 - 10:57

Makron Bin Slamanla görüşdə Kaşıkçı cinayətinə göz yumdu

Story Code : 1006745
Makron Bin Slamanla görüşdə Kaşıkçı cinayətinə göz yumdu
Yelisey Sarayı yaydığı bəyanatda 2018-ci ildə Səudiyyə rejimi tərəfindən qətlə yetirilmiş, səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı mövqeyindən uzaqlaşıb. Camal Qaşıqçı Amerikada yaşayan Ali Səud rejiminin müxalifi kimi tanınan jurnalist idi.
 
Qərb kəşfiyyat agentlikləri Kaşıkçının qətlində Məhəmməd bin Salmanın əli olduğu qənaətinə gəliblər.

Fransa hökumətinin yaydığı bəyanatda deyilir ki, hər iki ölkə prezidenti cümə axşamı görüşündə Səudiyyə Ərəbistanı Krallığı ilə Fransa arasında əlaqələrin möhkəmlənməsini dəstəkləyiblər.

Qeyd etmək lazımdır ki, Amerika, Fransa və digər Qərb ölkələri bir neçə ildir ki, jurnalist Camal Qaşıqçının birbaşa Bin Salmanın göstərişi ilə qətlə yetirildiyini təkidlə vurğulayırdı. Amma bu gün öz mənafeləri xatirinə əli jurnalistin qanına bulaşmış Bin Salmanla əl sıxışırlar.