QR CodeQR Code

İsraildə atışma olub, 7 nəfər yaralanıb

14 Aug 2022 09:36

İslamTimes: İsraildə atışma nəticəsində 7 nəfər yaralanıb.


APA xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Xəstəxanaya aparılan yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda olub. Hadisəni törədən şəxs ərazidən qaçıb.

Qəzet polisə istinadən qeyd edir ki, hadisə terror aktı kimi qiymətləndiriləcək.


Story Code: 1009119

News Link :
https://www.islamtimes.org/az/news/1009119/israildə-atışma-olub-7-nəfər-yaralanıb

Islam Times
  https://www.islamtimes.org