QR CodeQR Code

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

18 Aug 2022 10:44

İslamTimes: Norveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14,4%-ni təşkil edir.


Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir. “Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə  9,3% ucuzlaşıb.
Xüsusən də texnologiya şirkətlərinin səhmləri  28% dəyərdən düşüb”, - deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb.

 


Story Code: 1009754

News Link :
https://www.islamtimes.org/az/news/1009754/norveçin-neft-fondu-173-milyard-dollar-zərərə-düşdü

Islam Times
  https://www.islamtimes.org