QR CodeQR Code

İordan çayının qərb sahilində 19 yaşlı fələstinli güllələnib

3 Sep 2022 14:49

İslamTimes: İsrail qüvvələriİordan çayının qərb sahilində işğal altındakı Al-Halil şəhərində bıçaqlı hücuma cavab olaraq bir gənc fələstinlini öldürüb.


SalamNews-un "PressTV"yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Fələstinin xəbər agentliyi "Wafa" məlumat yayıb ki, qətl İsrail qüvvələrinin Al-Halildən 5 kilometr şimal-şərqdə yerləşən Beyt Eynun kəndinin girişində baş verib.

İsrail əsgərləri atışmadan sonra təcili yardımın 19 yaşlı fələstinliyə çatmasına və onu xəstəxanaya aparmasına mane olub.

İsrail əsgərləri yerdə uzanan gəncə yaxın məsafədən atəş açıblar.

Əsgərlərin gənci xilas etmək üçün yaxınlaşmağa çalışan fələstinlilərə səs qumbaraları və gözyaşardıcı qazla atəş açıb. Nəticədə Beyt Eynun şəhərinin girişində İsrail qüvvələri ilə qarşıdurma baş verib.

İsrail mediası Kiryat Arba qəsəbəsi yaxınlığında bıçaqlı hücumun baş verdiyini və günahkarın zərərsizləşdirildiyini bildirib.


Story Code: 1012548

News Link :
https://www.islamtimes.org/az/news/1012548/iordan-çayının-qərb-sahilində-19-yaşlı-fələstinli-güllələnib

Islam Times
  https://www.islamtimes.org