0
Saturday 3 September 2022 - 14:49

İordan çayının qərb sahilində 19 yaşlı fələstinli güllələnib

Story Code : 1012548
İordan çayının qərb sahilində 19 yaşlı fələstinli güllələnib
SalamNews-un "PressTV"yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Fələstinin xəbər agentliyi "Wafa" məlumat yayıb ki, qətl İsrail qüvvələrinin Al-Halildən 5 kilometr şimal-şərqdə yerləşən Beyt Eynun kəndinin girişində baş verib.

İsrail əsgərləri atışmadan sonra təcili yardımın 19 yaşlı fələstinliyə çatmasına və onu xəstəxanaya aparmasına mane olub.

İsrail əsgərləri yerdə uzanan gəncə yaxın məsafədən atəş açıblar.

Əsgərlərin gənci xilas etmək üçün yaxınlaşmağa çalışan fələstinlilərə səs qumbaraları və gözyaşardıcı qazla atəş açıb. Nəticədə Beyt Eynun şəhərinin girişində İsrail qüvvələri ilə qarşıdurma baş verib.

İsrail mediası Kiryat Arba qəsəbəsi yaxınlığında bıçaqlı hücumun baş verdiyini və günahkarın zərərsizləşdirildiyini bildirib.