QR CodeQR Code

Dəməşq: Türkiyə Suriya şəhərlərinə suyu kəsərək hərbi cinayətə əl atıb

إسلام تايمز , 17 Sep 2022 00:05

İslamTimes: Suriya Xarici İşlər Nazirliyi beynəlxalq humanitar hüquqa əsasən qeyd olunur ki, Türkiyə və ona bağlı ünsürlərin Əl-Həsəkə və ətraf şəhərlərdə su təchizatını kəsməsi müharibə cinayəti və insanlığa qarşı cinayətdir.


Suriya Xarici İşlər Nazirliyi ötən gün Türkiyə və muzdlularının bu ölkənin şəhərlərinə, xüsusilə Əl-Həsəkəyə suyu kəsməsi hərəkətini sərt tənqid edib.

Bu barədə SANA xəbər agentliyi Suriya Xarici İşlər Nazirliyinin sözlərinə istinadla yazır ki, istər Türkiyə tərəfindən olsun, istərsə də onun dəstəklədiyi terrorçu qruplar, Əl-Həsəkə və digər şəhərlərin vətəndaşlarının suyunun 50 gündən artıq kəsilməsi qeyri-humanitar hərəkətdir.

Suriya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu məsələyə gəlincə, artıq qınamaq kifayət deyil!
Beynəlxalq ictimaiyyət bu hərəkətləri dayandırmaq üçün dərhal hərəkətə keçməlidir və bunun davamı insanlıq fəlakətinə səbəb olacaq.






 


Story Code: 1014705

News Link :
https://www.islamtimes.org/az/news/1014705/dəməşq-türkiyə-suriya-şəhərlərinə-suyu-kəsərək-hərbi-cinayətə-əl-atıb

Islam Times
  https://www.islamtimes.org