0
Saturday 17 September 2022 - 00:05

Dəməşq: Türkiyə Suriya şəhərlərinə suyu kəsərək hərbi cinayətə əl atıb

Story Code : 1014705
Dəməşq: Türkiyə Suriya şəhərlərinə suyu kəsərək hərbi cinayətə əl atıb
Suriya Xarici İşlər Nazirliyi ötən gün Türkiyə və muzdlularının bu ölkənin şəhərlərinə, xüsusilə Əl-Həsəkəyə suyu kəsməsi hərəkətini sərt tənqid edib.

Bu barədə SANA xəbər agentliyi Suriya Xarici İşlər Nazirliyinin sözlərinə istinadla yazır ki, istər Türkiyə tərəfindən olsun, istərsə də onun dəstəklədiyi terrorçu qruplar, Əl-Həsəkə və digər şəhərlərin vətəndaşlarının suyunun 50 gündən artıq kəsilməsi qeyri-humanitar hərəkətdir.

Suriya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu məsələyə gəlincə, artıq qınamaq kifayət deyil!
Beynəlxalq ictimaiyyət bu hərəkətləri dayandırmaq üçün dərhal hərəkətə keçməlidir və bunun davamı insanlıq fəlakətinə səbəb olacaq.