QR CodeQR Code

Azərbaycan məscidlərində Ərbəin mərasimləri keçirilib (FOTO)

18 Sep 2022 09:56

İslamTimes: Azərbaycanın əksər məscidləri ötən gecə İmam Hüseynin qırxı, Ərbəin günü ilə bağlı əzadarlıq məclislərinin şahidi olub.


SalamNews xəbər verir ki, hicri qəməri təqvimi ilə bu gün səfər ayının 21-dir. Ötən gün Ərbəinə təsadüf edib. Azərbaycanın əksər məscidləri hüznlü Ərbəinlə bağlı əzadarlıq məclislərinin şahidi olub.

Xətiblər bu məclislərdə İmam Hüseynin fəzilətlərindən, Aşura faciəsindən və Ərbəin gününün əhəmiyyətindən danışıblar. Bu məclislərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız da yad edilib.

Daha sonra İmamın və Kərbəla şəhidlərinin şəninə mərsiyələr və növhələr oxunub.

Bəzi məscidlərdə Kərbəla və Qarabağ şəhidləri adından ehsanlar verilib.








Story Code: 1014949

News Link :
https://www.islamtimes.org/az/news/1014949/azərbaycan-məscidlərində-ərbəin-mərasimləri-keçirilib-foto

Islam Times
  https://www.islamtimes.org