QR CodeQR Code

Ankaradan BMT-yə: Afina qoşun yığır!

1 Oct 2022 10:01

İslamTimes: Səmadirəkdən (yunanca Samotrakiya – red) Meisə qədər olan adalar silahsızlaşdırılmaq şərti ilə Yunanıstana verildi. Ancaq Afina illərdir Lozanna və Paris sülh razılaşmalarındakı öhdəliklərini pozur.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu təşkilata göndərdiyi məktubunda bildirib.

O qeyd edib ki, Türkiyə bu addımları diplomatik yollarla həll etmək istəyir:

“Adaların demilitarizasiyası Lozanna və Paris razılaşmalarının əsas şərtidir. Yunanıstan sözügedən razılaşmaları adalara qoşun yığaraq pozur. Bu cəhdlər də beynəlxalq təhlükəsizliyə təhdid yarada biləcək hallardır.

Bundan başqa, həm Limni (yunanca Lemnos - red), həm də Səmadirək adalarının silahsızlaşdırılması vacib məsələdir”.


Story Code: 1017093

News Link :
https://www.islamtimes.org/az/news/1017093/ankaradan-bmt-yə-afina-qoşun-yığır

Islam Times
  https://www.islamtimes.org