0
Saturday 1 October 2022 - 10:01

Ankaradan BMT-yə: Afina qoşun yığır!

Story Code : 1017093
Ankaradan BMT-yə: Afina qoşun yığır!
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu təşkilata göndərdiyi məktubunda bildirib.

O qeyd edib ki, Türkiyə bu addımları diplomatik yollarla həll etmək istəyir:

“Adaların demilitarizasiyası Lozanna və Paris razılaşmalarının əsas şərtidir. Yunanıstan sözügedən razılaşmaları adalara qoşun yığaraq pozur. Bu cəhdlər də beynəlxalq təhlükəsizliyə təhdid yarada biləcək hallardır.

Bundan başqa, həm Limni (yunanca Lemnos - red), həm də Səmadirək adalarının silahsızlaşdırılması vacib məsələdir”.