QR CodeQR Code

Nardaranlılar qəsəbədə yolu bağlayıblar

27 Sep 2011 17:43

IslamTimes - Sentyabrın 26-dan Nardaran sakinləri qəsəbədəki bütün yolları bağlayıblar.


Onlar elektrik enerjisinin kəsilməsinə etiraz edirlər. İşıq bir gün əvvəl sayğaclar quraşdırılmazdan əvvəl yaranan borclarla əlaqədar kəsilib.

“Biz sayğacların göstəricilərinə əsasən elektrik enerjisi haqqını ödəməyə hazırıq, əvvəlki borcların hamısı uydurmadır və əsassızdır”, - qəsəbə ağsaqqallarından biri Natiq Kərimov Turan-a bildirib.

Hazırda 4 minə yaxın qəsəbə sakini mərkəzi meydana çıxaraq oturaq mitinq keçirir. Onlar elektrik enerjisinin verilməsini tələb edir.

“Əks halda aksiya müddətsiz olacaq”, - Kərimov vurğulayıb.

“Bakıelektrikşəbəkə”də isə hesab edirlər ki, nardaranlıların yarım milyon manatdan çox borcu var və onların ödənilməsini tələb edirlər.

Bu, nardaranlıların keçirdiyi ilk aksiya deyil və sakinlərlə şirkətin qarşıdurması bir ilə yaxındır ki, davam edir. (Turan)


Story Code: 101923

News Link :
https://www.islamtimes.org/az/news/101923/nardaranlılar-qəsəbədə-yolu-bağlayıblar

Islam Times
  https://www.islamtimes.org