0
Tuesday 27 September 2011 - 17:43

Nardaranlılar qəsəbədə yolu bağlayıblar

Story Code : 101923
Nardaranlılar qəsəbədə yolu bağlayıblar
Nardaranlılar qəsəbədə yolu bağlayıblar
Onlar elektrik enerjisinin kəsilməsinə etiraz edirlər. İşıq bir gün əvvəl sayğaclar quraşdırılmazdan əvvəl yaranan borclarla əlaqədar kəsilib.

“Biz sayğacların göstəricilərinə əsasən elektrik enerjisi haqqını ödəməyə hazırıq, əvvəlki borcların hamısı uydurmadır və əsassızdır”, - qəsəbə ağsaqqallarından biri Natiq Kərimov Turan-a bildirib.

Hazırda 4 minə yaxın qəsəbə sakini mərkəzi meydana çıxaraq oturaq mitinq keçirir. Onlar elektrik enerjisinin verilməsini tələb edir.

“Əks halda aksiya müddətsiz olacaq”, - Kərimov vurğulayıb.

“Bakıelektrikşəbəkə”də isə hesab edirlər ki, nardaranlıların yarım milyon manatdan çox borcu var və onların ödənilməsini tələb edirlər.

Bu, nardaranlıların keçirdiyi ilk aksiya deyil və sakinlərlə şirkətin qarşıdurması bir ilə yaxındır ki, davam edir. (Turan)
Comment