QR CodeQR Code

Fələstin: Cari ildə İsrail qüvvələrinin atəşi nəticəsində 174 nəfər həlak olub

20 Oct 2022 16:46

İslamTimes: “Cari ildə İsrail qüvvələrinin təcavüzü nəticəsində fələstinli şəhidlərin sayı 174-ə çatıb.”


SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat verib.

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir:

Bu ilin əvvəlindən ölənlərin sayı 174-ə çatıb ki, onların 41-i uşaqdır.

İşğal altında qalan İordan çayının qərb sahilində 123, Qəzza zolağında ölənlər isə 51 nəfərdir.

Fələstin Səhiyyə Nazirliyi bu bəyanatı ötən gecə əl-Birə bölgəsində bir fələstinli gəncin İsrail qüvvələrinin atəşi nəticəsində ölməsindən sonra verib.


Story Code: 1020192

News Link :
https://www.islamtimes.org/az/news/1020192/fələstin-cari-ildə-israil-qüvvələrinin-atəşi-nəticəsində-174-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org