0
Thursday 20 October 2022 - 16:46

Fələstin: Cari ildə İsrail qüvvələrinin atəşi nəticəsində 174 nəfər həlak olub

Story Code : 1020192
Fələstin: Cari ildə İsrail qüvvələrinin atəşi nəticəsində 174 nəfər həlak olub
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat verib.

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir:

Bu ilin əvvəlindən ölənlərin sayı 174-ə çatıb ki, onların 41-i uşaqdır.

İşğal altında qalan İordan çayının qərb sahilində 123, Qəzza zolağında ölənlər isə 51 nəfərdir.

Fələstin Səhiyyə Nazirliyi bu bəyanatı ötən gecə əl-Birə bölgəsində bir fələstinli gəncin İsrail qüvvələrinin atəşi nəticəsində ölməsindən sonra verib.