QR CodeQR Code

Yəməndə neft tankerlərinin yan aldığı limana PUA-larla hücum edilib

22 Oct 2022 10:53

İslamTimes: Yəmənin Hadramaut əyalətində Səudiyyə Ərəbistanı koalisiyası və onun dəstəklədiyi hökumətin nəzarətində olan limana PUA-larla hücum edilib.


SalamNews əl-Məsira telekanalına istinadən xəbər verir ki, ötən gün axşam Yəməndə Hadramaut əyalətinin əl-Zəbba limanına neft gəmisinin yaxınlaşması zamanı bura PUA-larla hücum edilib.

Hücum nəticəsində yanğın baş verib.

Az keçməmiş Yəmənin paytaxtı da daxil olmaqla əksər əyalətlərini nəzarətdə saxlayan "Ənsarullah" hərəkatı (husilər) bəyanat yayaraq, hücumun onlar tərəfindən həyata keçirildiyini bildirib.

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin” (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri bildirib ki, bu hücum Yəmənin sərvətini qeyri-qanuni olaraq ölkədən çıxarmaq istəyən və onun neftini qarət etmək istəyənlərə sadə bir xəbərdarlıqdır.

Qeyd edək ki, “Ənsarullah” hərəkatı bundan öncə əl-Hudeyda limanına neft və neft məhsulları daşıyan gəmilərin buraxılmamasına görə atəşkəs müddətini artırmayıb.


Story Code: 1020480

News Link :
https://www.islamtimes.org/az/news/1020480/yəməndə-neft-tankerlərinin-yan-aldığı-limana-pua-larla-hücum-edilib

Islam Times
  https://www.islamtimes.org